Rusiya və Ukrayna müharibəyə son qoymaq üçün danışıqlarda qarşılıqlı kompromislərə getməlidir.
“İki sahil” xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Independent” nəşrinə müsahibəsində bildirib. Dövlət katibi qeyd edib ki, ABŞ hazırda tərəflərin hansı addımlara hazır olduğunu müəyyənləşdirməyə çalışır.
Marko Rubio deyib ki, Rusiya müharibənin əvvəlində qarşısına qoyduğu məqsədlərə nail ola bilməyib.
İsrail İordan çayının qərbində 11 yeni yaşayış məntəqəsi yaradıldığını bildirib
Fransa Putin və Makron arasında danışıqların aparılması imkanını nəzərdən keçirəcək