21 dekabr 2025 10:43
77

Mbappe Ronaldunun rekordunu təkrarladı

Kilian Mbappe "Real Madrid"in heyətində təqvim ili ərzində vurulan qolların sayına görə Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, fransalı fubolçu bu nailiyyətə İspaniya La Liqasının 17-ci turunda "Sevilya"nın (2:0) qapısına penaltidən qol vurmaqla imza atıb.

Bu, onun 2025-ci ildə "Real Madrid"in heyətində 59-cu qoludur.

Qeyd edək ki, Ronaldu 2013-cü ildə Madrid təmsilçisi ilə 59 dəfə fərqlənmişdi.