Cənubi Afrikada silahlı insident faciə ilə nəticələnib.
Yohannesburq şəhəri yaxınlığında yerləşən yaşayış məntəqəsində baş verən atışma nəticəsində 10 nəfər ölüb, daha 10 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Agence France-Presse" yerli polisə istinadən xəbər yayıb.
Polisin açıqlamasında bildirilib ki, naməlum silahlı şəxs kənd ərazisində insanlara atəş açıb. Hücumun hansı səbəbdən törədildiyi hələlik məlum deyil.
Hazırda hüquq-mühafizə orqanları hadisənin bütün təfərrüatlarını araşdırır.