21 dekabr 2025 00:32
81

“Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub

Futbol üzrə İngiltərə Premyer Liqasında XVI tura start verilib.

“İki sahil” xəbər verir ki, açılış oyununda “Çelsi” səfərdə “Nyukasl”la 2:2 hesablı heç-heçə edib. Turun mərkəzi qarşılaşmasında “Tottenhem” öz meydanında “Liverpul”a 1:2 hesabı ilə uduzub.

Digər matçlarda isə “Mançester Siti” “Vest Hem”ə 3:0, “Brentford” “Vulverhempton”a 2:0 hesabı ilə qalib gəlib, “Bornmut” “Börnli” ilə (1:1), “Brayton” isə “Sanderlend”lə (2:2) heç-heçəyə razılaşıb.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında turnir cədvəlinə 37 xalla “Mançester Siti” başçılıq edir. Bir oyun az keçirən “Arsenal” 36 xalla ikinci pillədə qərarlaşıb.