Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın İstanbulda Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Görüşdə İsrail ilə HƏMAS arasında əldə olunan atəşkəs və Qəzza zolağındakı vəziyyət müzakirə edilib. HƏMAS-ın üzvləri Türkiyənin Milli Kəşfiyyat İdarəsinin rəisinə bəzi gərginliklər barədə məlumat veriblər.
Görüşdə Qəzza üzrə Sülh Planının ikinci mərhələsinə keçid üçün lazımi şəraitin yaradılması və problemlərin aradan qaldırılması ilə bağlı məsləhətləşmələr aparılıb.
Türkiyənin Qəzzaya humanitar yardım göndərməsi də qeyd olunan müzakirələrdə Fələstin dövlətinin yaradılmasının əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, görüşdə iştirak edən hər iki heyət İsrail ilə Fələstin arasında sülhün yalnız bu halda mümkünlüyünə inanırlar.
Hakan Fidan Məkkə Müdafiə Sazişi ilə bağlı işlərin son mərhələyə çatdığını bildirib
Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır