Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır.
“İki sahil” xəbər verir ki, müdafiə naziri Boris Pistorius Aşağı Saksoniya əyalətinin Emden şəhərində yeni dəniz limanının salınması üçün nəzərdə tutulan əraziyə baxış keçirib. Nazir bildirib ki, Almaniya Hərbi Dəniz Qüvvələri tərəfindən aparılan araşdırmalar Emdenin yeni baza üçün əlverişli imkanlara malik olduğunu göstərib. Müdafiə Nazirliyi, Aşağı Saksoniya əyalət hökuməti və digər aidiyyəti qurumlar layihənin həyata keçirilməsi üzrə razılığa gəliblər.
Emden bazasının yaradılması Bundesverin şəxsi heyət və silahlanma baxımından genişləndirilməsi, həmçinin yeni infrastruktur ehtiyacları ilə əlaqələndirilir. Hazırda Almaniyanın Şimal dənizi sahilində Hərbi Dəniz Qüvvələrinin yalnız Vilhelmshaven limanı fəaliyyət göstərir. Yeni baza bu limanı tamamlayaraq hərbi-dəniz qüvvələrinin imkanlarını artıracaq. Layihənin gələcəkdə 2 minədək xidmət yerini əhatə etməsi nəzərdə tutulur. Lakin dəqiq vaxt qrafiki, xərclər və Emdenə hansı hərbi-dəniz vasitələrinin yerləşdiriləcəyi əlavə araşdırmalardan sonra müəyyənləşdiriləcək.
Ararat Mirzoyan TRIPP layihəsinin icrasının gedişi barədə İran Prezidentinə məlumat verib
Husilər aviaşirkətləri Səudiyyə Ərəbistanının hava məkanından yayınmağa çağırıblar
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir