20 dekabr 2025 20:38
134

"Suverenlik kuboku" uğrunda voleybol birinciliyi başa çatıb

Naxçıvan şəhərində Azərbaycan və Türkiyə komandalarının iştirakı ilə yeniyetmə oğlanlar və qızlar arasında "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Suverenlik kuboku" uğrunda voleybol birinciliyi başa çatıb.

“İki sahil” xəbər verir ki, Olimpiya İdman Kompleksində birinciliyin final görüşləri keçirilib. İlk üç yerə çıxan komandalar mükafatlandırılıb.

Oğlanlar arasında keçirilən birinciliyin qalibi olmuş "Gənc Milli Oğlanlar" komandasının üzvlərinə kubok və medalları Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, qızlar arasında birinciliyin qalibi olmuş "Gənc Milli Qızlar" komandasına kubok və medalları isə Azərbaycan