Azərbaycanla Monteneqro arasındakı münasibətlər iki dost ölkə və xalq arasında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan əlaqələrdir. Bu münasibətlər artıq onilliklərdir ki müxtəlif sahələr üzrə uğurla inkişaf edən əməkdaşlıqla xarakterizə olunur.
“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov monteneqrolu həmkarı Ervin İbrahimoviç ilə keçirilən brifinqdə söyləyib. O bildirib ki, iki ölkənin Xarici İşlər nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələr aparılır. Hazırda Monteneqro ilə Azərbaycan arasında müxtəlif sahələri əhatə edən 22 saziş mövcuddur.
Rumıniyalı ekspert: Avropanın yeni təhlükəsizlik arxitekturasında Ukrayna,Türkiyə və Azərbaycanın rolu artır
Prezident İlham Əliyev Türkmənistanın Arkadağ şəhərinin Tikinti üzrə Dövlət Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB