05 oktyabr 2026 21:19
85

Tərəflər Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin (Antonio Tayani) müavini Edmondo Çirielli Azərbaycanın bu ölkədəki səfiri Elçin Hüseynli ilə görüşüb və tərəflər Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyin (Farnesina) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Müzakirələrin mərkəzində əsas siyasi, iqtisadi və enerji məsələləri yer alıb", - məlumatda bilirilib. Qeyd olunub ki, regional müstəvidə Çirielli İtaliyanın Ermənistanla sülh prosesinə dəstək öhdəliyini yenidən təsdiq edib.