18 dekabr 2025 10:36
100

Sabah” “Qarabağ”ı qəbul edəcək

Bu gün Misli Premyer Liqasında I turdan təxirə salınmış oyun keçiriləcək.

“İki sahil” xəbər verir ki, “Sabah” doğma meydanda “Qarabağ”ı qəbul edəcək. “Bank Respublika Arena”da təşkil olunacaq matç saat 19:30-da başlayacaq. Qarşılaşmanı FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Hazırda Ağdam təmsilçisi 33 xalla turnir cədvəlinə başçılıq edir. Bakı klubu isə 31 xalla ikinci pillədə yer alıb.