16 dekabr 2025 15:30
112

"Qarabağ" azarkeşlərinə görə cərimələnib

"Qarabağ" azarkeşlərinə görə cərimələnib.

“İki sahil” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Ağdam klubu Misli Premyer Liqasının XV turunda "Araz-Naxçıvan"la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.

"Araz-Naxçıvan" isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

"Kəpəz" – "Qəbələ" oyununda Gəncə komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. "Qəbələ" isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare 2 oyunluq diskvalifikasiya olunub.

"Turan Tovuz" – "Sabah" oyununda 7 üzvü sarı vərəqə aldığı üçün Bakı klubu 700 manat cərimələnib.

"Karvan-Yevlax" "İmişli" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. "Sumqayıt" isə "Neftçi" il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.