16 dekabr 2025 11:23
144

Azərbaycan çempionatlarında 69-cu əcnəbi baş məşqçi

Misli Premyer Liqasının XV turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

"İki sahil" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, Yuri Vernidub “Neftçi”ni “Sumqayıt”la ev oyununa (2:2) çıxarıb. Ukraynalı mütəxəssis Premyer Liqada cari mövsümdə debüt edən 4-cü əcnəbi məşqçidir. Saşa İliç (“Sumqayıt”) və Jorj Kaşkilya (“İmişli”) I, Valdas Dambrauskas (“Sabah”) II turda debüt edib.

Bununla da Premyer Liqa tarixində baş məşqçi və ya bu vəzifəni müvəqqəti icra edən əcnəbi mütəxəssislərin sayı 69-a çatıb. Y. Vernidub Premyer Liqa tarixində 10-cu ukraynalı baş məşqçidir.

O, “Neftçi”ni Azərbaycan çempionatlarında oyuna çıxaran ümumilikdə 33-cü mütəxəssisdir. Y. Vernidub “ağ-qaralar”ın 9-cu legioner, 3-cü ukraynalı çalışdırıcısı olub.