Avropa İttifaqına (Aİ) üzv dövlətlər Cənubi Qafqazda kommunikasiyaların açılması prosesinə və Azərbaycan ilə Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş səylərə dəstəklərini ifadə ediblər.
“İki sahil” Ermənistan KİV-inə istinadla xəbər verir ki, bu barədə Brüsseldə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın iştirak etdiyi Aİ Xarici İşlər Nazirləri Şurasının formatı çərçivəsində keçirilən görüşdə bildirilib.
Görüş iştirakçıları Ermənistan və Aİ arasında tərəfdaşlığın inkişafını qeyd etmiş, həmçinin qarşıdakı vəzifələr barədə fikir mübadiləsi aparıblar.
"Regional proseslər kontekstində Aİ tərəfdaşları kommunikasiyaların açılmasına, Azərbaycan və Ermənistan arasında sülhün daha da möhkəmlənməsinə yönəlmiş təşəbbüslərə dəstəklərini təsdiqləyiblər", - bəyanatda bildirilib.
Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub