Avstraliya hökuməti dekabrın 14-ü Sidneydəki Bondi-Biç çimərliyində baş verən terror hadisəsindən sonra silah əldə etmək barədə qanunu yenidən nəzərdən keçirməyi planlaşdırır.
“İki sahil” xəbər verir ki, bu barədə Avstraliya KİV-i məlumat yayıb. Qeyd olunub ki, hökumət tərəfindən müzakirə edilən təşəbbüslər bir şəxs üçün sahib olunmasına və ya lisenziyalaşdırılmasına icazə verilən silah sayına limit qoyulmasını, habelə mövcud lisenziyaların müntəzəm yoxlanılmasının tətbiqini nəzərdə tutacaq.
"İnsanların vəziyyəti dəyişə bilər, onlar radikallaşa bilərlər. Buna görə də lisenziyalar ömürlük verilməməlidir. Əgər qaydaları sərtləşdirmək lazımdırsa, mən buna tam hazıram", - KİV ölkənin Baş naziri Entoni Albanizin bəyanatından sitat gətirib.
Qeyd edək ki, Sidneydə törədilən terror aktında ölənlərin sayı 16 nəfərə çatıb. Daha 38 nəfər xəstəxanadadır, onlardan 7-sinin vəziyyəti kritik qiymətləndirilir. Avstraliya polisi güman edir ki, terror hücumunun icraçılarından biri İŞİD terror qrupu ilə əlaqəlidir.
Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub