ABŞ-nin Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində baş verən atışmada özbək tələbə Məhəmməd Əziz Umurzokov həlak olub.
“İki sahil” xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi "teleqram"da məlumat yayıb. "Braun Universitetində baş verən faciəli atışma ilə əlaqədar olaraq, hadisədə həlak olan özbək tələbə Məhəmməd Əziz Umurzokun ailəsinə və dostlarına dərin hüznlə başsağlığı veririk. Günahsız insanların həyatına son qoyan bu faciə hamımız üçün ağır itkidir", - açıqlamada bildirilir.
Özbəkistanın ABŞ-dəki diplomatik korpusunun nümayəndələri mərhumun qohumları ilə daim əlaqə saxlayır və bütün məsələlər üzrə Birləşmiş Ştatların hakimiyyət orqanları ilə sıx əlaqədədirlər.
Xatırladaq ki, Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində azı iki nəfər ölüb, daha doqquz nəfər yaralanıb, onlardan səkkizinin vəziyyəti ağırdır.
Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub