Kolumbiyanın şimal-qərbindəki Antiokiya departamentində məktəb avtobusunun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli "El Tiempo" qəzeti xəbər verib. Məlumata görə, orta məktəbin bir qrup məzununu daşıyan avtobus naməlum səbəbdən yoldan çıxaraq Remedios bələdiyyəsi ərazisində dərəyə aşıb. Hadisə nəticəsində azı 16 nəfər ölüb, daha 20 nəfər yaralanıb.
Qəzanın səbəbini Yol Təhlükəsizliyi Milli Agentliyi araşdırır. "Hazırda müvafiq orqanlar qəzanın səbəbini müəyyən etmək üçün araşdırma aparır", - qurumun açıqlamasında deyilir.
Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub