Türkiyə Xarici İşlər Nazirliyi Avstraliyanın Sidney şəhərində Hanuka bayramı zamanı həyata keçirilən terror aktını qınayıb.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin Avstraliya xalqına ünvanladığı başsağlığı məktubunda deyilir.
“Avstraliyanın Sidney şəhərində bu gün Hanuka bayramı ilə bağlı keçirilən tədbir zamanı törədilən terror aktını ən sərt şəkildə pisləyirik. Hücum nəticəsində həlak olanların yaxınlarına və Avstraliya xalqına başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik. Türkiyə olaraq terrorun bütün növ və təzahürlərinə qarşı prinsipial mövqeyimizi, eləcə də bu qlobal təhdidlə mübarizədə əməkdaşlığa sadiqliyimizi bir daha vurğulayırıq”- məktubda bildirilir.
Tramp Türkiyə və Pakistan tərəfindən Səudiyyə Ərəbistanına hərbi dəstək imkanını müsbət qiymətləndirib
Fransa qiymətləri sabitləşdirmək üçün ehtiyatlardan 10 milyon barel dizel buraxacaq
Səudiyyə Ərəbistanının iki beynəlxalq hava limanına hücumlarda üç nəfər həlak olub