14 dekabr 2025 09:48
159

"Real Madrid"ə transfer olunmağa yaxındır

Münhenin "Bavariya" klubunun mərkəz müdafiəçisi Dayo Upamekano Madridin "Real"ına keçməyə yaxındır.

“İki sahil” xəbər verir ki, bu barədə "Foot Mercato" jurnalisti Santi Auna "X" sosial şəbəkəsində yazıb. Mənbənin məlumatına görə, Madrid klubu fransalı müdafiəçi ilə şəxsi müqavilə şərtləri üzrə şifahi razılıq əldə edib və futbolçuya onun bütün tələblərini qəbul etməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, 27 yaşlı futbolçu gələn ilin yayında "Bavariya" ilə müqaviləsi başa çatdıqda azad agent ola bilər. Bununla yanaşı, Münhen klubu oyunçunu müqaviləni uzatmağa razı salmaq üçün cəhdlərini davam etdirir.

Cari mövsümdə Upamekano bütün turnirlərdə 20 oyunda iştirak edib və bir qol vurub.

"Transfermarkt" portalının məlumatına görə, müdafiəçinin bazar dəyəri 60 milyon avrodur.