13 dekabr 2025 10:19
98

Martines karyerasını "Barselona"da davam etdirmək istəyir

İtaliyanın "İnter" klubunun futbolçusu Lautaro Martines karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirmək istəyir.

"İki sahil" "El Nacional" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu Kataloniya komandasına keçid imkanını dəyərləndirir. O, özünü "Barselona"nın hazırkı forvardı Robert Levandovskinin uzunmüddətli əvəzləyicisi kimi görür.

Qeyd edək ki, Martines cari mövsüm "İnter" forması ilə bütün turnirlərdə 19 oyuna çıxıb, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun Milan təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.