Ukrayna ötən çərşənbə günü Tramp administrasiyasına ABŞ-ın Rusiya ilə münaqişənin həllinə dair son təkliflərinə cavab təqdim edib.
“İki sahil” xəbər verir ki, CNN bu barədə mənbələrə istinadla məlumat yayıb. “Müzakirələr davam edir və Kiyevin son cavabında sənədlərə hansı dəyişikliklərin edildiyi hələ bəlli deyil”, – məlumatda bildirilir. Müzakirələrin mövzusu üç sənəddən ibarətdir: münaqişənin həllinə dair ümumi çərçivə; Ukrayna üçün təhlükəsizlik təminatları; Ukraynanın bərpasına dair plan.
Türkiyədə sosial şəbəkələrə yeni qadağa: Uşaqların yaşı e-Devletlə yoxlanılacaq
Silahlı şəxs uşaq bağçasında 13 uşağı girov saxladı – Xüsusi təyinatlılar müdaxilə etdi