Dekabrın 9-da ABŞ-nin Kentukki Universitetində baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində yazıb.
"Biz Frankfortdakı universitetdə atışma barədə məlumatlıyıq. Hazırda bir neçə zərərçəkən məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, şübhəli şəxs saxlanılıb", - o yazıb.
Hadisənin başvermə səbəbi və zərərçəkənlərin səhhəti barədə hələ məlumat yoxdur.
Ermənistan Amuldağ yatağında hasilata başlayır: Azərbaycan risklər barədə xəbərdarlıq etmişdi
Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb