Tovuzda bədbəxt hadisə baş verib.
“İki sahil” xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində qeydə alınıb.
2022-ci il təvəllüdlü oğlan yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən hovuza düşərək boğulub ölüb. İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Batumidə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib