Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“İki sahil” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Baku.ws məlumat yayıb.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.
Bakı Biznes Universitetində “Böyük Qayıdışı uğurla həyata keçirən Lider!” mövzusunda tədbir keçirilib - FOTO
Su təhlükəsizliyində YENİ MƏRHƏLƏ: 2035-Cİ İLƏ QƏDƏR DAYANIQLI TƏMİNAT ƏSAS HƏDƏFDİR
IDEA-nın təşəbbüsü ilə "Məsuliyyətli Ekoturizm Bələdçiliyi" üzrə təlim proqramı təşkil olunub
“Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib