Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib.

“İki sahil” xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub.
Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953).
Xatırladaq ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.
Qeyd edək ki, yanğın zamanı 4 nəfər də xəsarət alıb. Onlardan 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilib.1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub. ( “Qafqazinfo”)
Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur - Ramin Məmmədov
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb
Müasir məktəb idarəçiliyində geyim standartları: Dünyəvi təhsil modelinin tərkib hissəsi