Azərbaycan cüdoçusu Uşanqi Kokauri Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində bürünc medal qazanıb.
“İki sahil” xəbər verir ki, idmançı +100 kq çəkidə üçüncü yeri tutub.
O, həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmanın digər üzvləri - Əhməd Yusifov (60 kq), Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
İraq İran yığmasının olduğu təyyarənin Bəsrə aeroportuna enməsinə icazə verməyib