28 noyabr 2025 11:52
303

Honkonqda yanğında ölənlərin sayı 128 nəfərə çatıb

Çərşənbə günü Honkonqakı yaşayış kompleksində baş verən yanğın nəticəsində azı 128 nəfər həlak olub. Ölənlər arasında yanğınsöndürənlərin də olduğu bildirilir.

“İki sahil” xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik bürosunun rəhbəri Kris Tan mətbuat konfransında deyib. Yerli medianın məlumatına görə, çox sayda insan hələ də itkin düşmüş sayılır və bu səbəbdən ölənlərin sayının artacağı istisna olunmur.

Qeyd edək ki, Honkonqun şimalında yerləşən Tay Po rayonundakı səkkizbloklu, 1900 mənzilli “Van Fuk Kort” yaşayış kompleksində yanğın binanın üzlüyünün yenilənməsi zamanı baş verib. Bambuk materialdan hazırlanan ayaqaltılardan başlayan yanğın qısa müddət ərzində genişlənib.