Ağ Evin yaxınlığında baş verən atışmada yaralanan ABŞ Milli Qvardiyasının iki hərbçisinin vəziyyəti ağırdır.
“İki sahil” xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset brifinqdə bildirib.
Qərbi Virciniyanın qubernatoru Patrik Morrissi əvvəllər yaralı hərbçilərin ölümünü açıqlayıb. FTB direktoru Keş Patel də Milli Qvardiya əsgərlərinin səhhətinin kritik olduğunu təsdiqləyərək, istintaqa onun qurumunun rəhbərlik edəcəyini bildirib.