26 noyabr 2025 13:21
112

Rusiya Avropaya uzun müddət təhlükə yaratmaqda davam edəcək - NATO baş katibi

NATO-nun baş katibi Mark Rutte bildirib ki, hamı Ukraynadakı hərbi münaqişənin tez bir zamanda bitməsi üçün çalışır. O, böhranın 2025-ci ilin sonuna qədər həll edilə biləcəyini etiraf edib. Lakin Rutte Rusiyanın Avropaya təhlükə yaratmağa davam edəcəyinə əmindir.

“İki sahil” xəbər verir ki, o, "El Pais" nəşrinə verdiyi müsahibədə Ukraynada müharibə ilə bağlı açıqlamalar verib: "Əlbəttə ki... Prezident Trampın vizyonunu gerçəkləşdirmək üçün əlimdən gələni etmək istəyirəm. Mən bunu tamamilə bölüşürəm: bu qırğın bitməlidir".

NATO-nun baş katibi hərbi əməliyyatların bitməsinin vaxtının "proqnozlaşdırılmasının çətin olduğunu", lakin "sülhün tezliklə gələcəyinə səmimi qəlbdən ümid etdiyini" aydınlaşdırıb.

Rutte həmçinin, Rusiyanın "uzunmüddətli təhlükə yaratmağa davam edəcəyinə" inanır: "Buna görə də müdafiəmizə daha çox pul xərcləməliyik. Sülh planı Rusiyanın Avropa üçün uzunmüddətli təhlükə kimi qiymətləndirilməsini dəyişdirmir".