25 noyabr 2025 20:30
115

Tağı Nəsibov Avropa çempionatının yarımfinalına vəsiqə qazanıb

Azərbaycan boksçusu Tağı Nəsibov Macarıstanın paytaxtı Budapeştdə keçirilən U-23 Avropa çempionatında yarımfinala yüksəlib.

“İki sahil” xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan milli üzvü 1/4 finalında Qavin Ryandan (İrlandiya) güclü olub.

O, rəqibini 3:2 (28:29, 27:30, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Nəsibov yarımfinala vəsiqə qazanmaqla doğum günündə özünə azı bürünc medalı da hədiyyə edib.

Tağı noyabrın 28-də yarımfinalda bolqarıstanlı Radoslav Rosenovla döyüşəcək.

Qeyd edək ki, sabah daha 3 boksçumuz 1/4 görüşünə çıxacaq.