25 noyabr 2025 20:05
168

UEFA Gənclər Liqası: “Napoli” “Qarabağ”ı məğlub edib - YENİLƏNİB

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu başa çatıb.

"Cuzeppe Pikkolo" stadionunda baş tutan görüş rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

***

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyunu bərpa olunub.

“İki sahil” xəbər verir ki,  Ağdam klubundan verilən məlumata görə, 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılan qarşılaşma davam edir.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

***

UEFA Gənclər Liqasının əsas mərhələsində "Napoli" və "Qarabağ"ın U-19 komandaları arasında keçirilən V tur oyununda məcburi fasilə yaranıb.

Qarşılaşma 61-ci dəqiqədə güclü yağış səbəbindən dayandırılıb. Matçın keçirildiyi "Cuzeppe Pikkolo" stadionunun ot örtüyü süni olduğundan matçı davam etdirmək mümkün olmayıb.

Paltardəyişmə otağına yollanan komandalar hakimin qərarını gözləyirlər. Hazırda hesab "Napoli"nin xeyrinədir - 1:0.

Qeyd edək ki, bu gün "Napoli" və "Qarabağ"ın əsas komandaları Çempionlar Liqasının liqa mərhələsində üz-üzə gələcəklər. Həmin görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.