Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt şəhərləri və Göyçay rayonundan olan vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, nazirlikdə təşkil olunmuş qəbul zamanı qaz təchizatı, qaz sərfiyyatı üzrə borcun yaranması, elektrik və istilik enerjisi təchizatı, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Qırğızıstanda və Türkiyədə keçirilən tədbirlərdə iştirak və məruzə ediblər
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub