"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə "Bənövşəyi" xətdə qatarların hərəkət intervalını ilk dəfə 5 dəqiqəyədək azaldıb.
“İki sahil” xəbər verir ki, bu barədə səhmdar cəmiyyətdən məlumat verilib.
Bildirilib ki, rəqəmsal həllərin tətbiqi, texniki tənzimləmə və optimallaşdırma işləri nəticəsində hərəkət intensivliyi artırılıb, xəttə əlavə bir qatar buraxılıb. Nəticədə "Avtovağzal–Xocəsən" sahəsində interval 16 dəqiqədən 10 dəqiqəyə, "Avtovağzal–8 Noyabr" sahəsində isə 8 dəqiqədən 5 dəqiqəyə endirilib.
Bu addım sərnişin axınının daha çevik idarə olunmasına, eyni zamanda ümumi xidmət keyfiyyətinin yüksəldilməsinə hesablanıb.
Bakı metropolitenində sərnişin rahatlığının təmin olunması istiqamətində texniki və təşkilati tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.
Məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən daha bir şəxs həbs edilib
AMEA Naxçıvan Bölməsinin əməkdaşları Qırğızıstanda və Türkiyədə keçirilən tədbirlərdə iştirak və məruzə ediblər
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub