UEFA İtaliyanın "Napoli" klubuna xəbərdarlıq edib.
“İki sahil” Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, buna Neapol təmsilçisinin Niderlandda PSV-yə uduzduqları (2:6) UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda yaşananlar səbəb olub.
"Napoli"nin baş məşqçisi Antonio Konte sözügedən qarşılaşmada əxlaqi davranışın əsas qaydalarını pozmaqda ittiham edilib.
Hazırkı İtaliya çempionu buna görə xəbərdarlıq alıb.
Qeyd edək ki, "Napoli" UEFA Çempionlar Liqasındakı növbəti matçını noyabrın 25-də "Qarabağ"a qarşı keçirəcək.
Argentina yığmasına qarşı yüksək pressinq tətbiq etməyə çalışmalıyıq - Murat Yakin
CAR millisinin heyətində DÇ-2026-da çıxış etmiş Ceyden Adams 25 yaşında vəfat edib