12 fevral 2016 23:36
114

Prezident İlham Əliyev Münxendə Marsel Lettre ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Münxendə ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulandı. Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.