Futbol üzrə Uruqvay millisi argentinalı baş məşqçisi Marselo Byelsa ilə yollarını ayıra bilər.
“İki sahil” "Pasesuruguay" nəşrinə istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis gələcəyini müzakirə etmək üçün Uruqvay Futbol Assosiasiyasının rəhbərliyi ilə görüşəcək.
Qurum onun qalıb-qalmayacağından əmin deyil.
Qeyd edək ki, Byelsa 2023-cü ilin mayından Uruqvay yığmasında işləyir. Komanda onun rəhbərliyi altında DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanıb.
Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq
Elnur Məmmədov: Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar