Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən fransalı futbolçu Kərim Benzema İspaniyanın “Real Madrid” klubuna qayıtma ehtimalını dəyərləndirib.
“İki sahil” xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə “X” hesabında paylaşım edib.
Təcrübəli forvard belə bir ehtimalı nəzərdən keçirə biləcəyini deyib: “Əgər klubun prezidenti Florentino Peres hələ də oradadırsa, bu, baş verə bilər. Ona heç vaxt “yox” deyə bilmərəm. Mən bu komandanın azarkeşiyəm. Özümü elə hiss edirəm. Madrid hələ də mənim doğma şəhərimdir. Gələcəkdə nə baş verəcəyini görəcəyik”.
Qeyd edək ki, 2009–2023-cü illərdə “kral klubu”nun formasını geyinən Benzema bu müddət ərzində dörd dəfə İspaniya çempionatının, üç dəfə ölkə kubokunun, beş dəfə Çempionlar Liqasının qalibi olub.