17 noyabr 2025 17:30
106

Haaland Avropa rekordunu yenilədi

Norveç millisinin üzvü Erlinq Haaland dünya çempionatının seçmə mərhələləri tarixində Avropa zonasında qol rekordunu yeniləyib.

“İki sahil” xəbər verir ki, "Mançester Siti"nin  hücumçusu İtaliyaya 4:1 hesabı ilə qalib gəldikləri oyunda iki qol vurub.

O, bu seçmə mərhələdə vurduğu qolların sayını 16-ya çatdırıb. Bununla da Haaland Polşa yığmasının forvardı Robert Levandovski DÇ-2018-in seçmə mərhələsində vurduğu qollarına sayına çatıb. 

Müqayisə üçün bildirək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində bir mövsümdə seçmə mərhələdə 15 qol vurmağı bacarmışdı.

Dünya çempionatının təsnifat mərhələlərində mütləq rekordçu isə İran millisinin sabiq üzvü Kərim Bageridir. O, 1998-ci il mundialının seçmə oyunlarında 19 qol vurub.