"Barselona" klubu Robert Levandovskinin əvəzinə hücum xəttini gücləndirmək üçün yeni hədəflər müəyyənləşdirib.
“İki sahil” xəbər verir ki, hazırda "Qalatasaray"da çıxış edən nigeriyalı futbolçu Viktor Osimhen klubun transfer siyahısına daxil edilib. Məlumata görə, "Barcelona" həmçinin "Atletiko"nun hücumçusu Xulian Alvarez ilə də maraqlanır və yaz aylarında bu iki oyunçudan birini komandaya qatmaq niyyətindədir.
Bildirilir ki, Kataloniya təmsilçisi bütün diqqətini yalnız Osimhen və Alvarez üzərinə yönəldəcək və transferi yay mövsümündə yekunlaşdırmağı planlaşdırır.
Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb