Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
“İki sahil” xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib çıxıb.
Q.Maqomedov Paris 2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanmışdı.
Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.
Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq
Elnur Məmmədov: Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar