16 noyabr 2025 15:51
94

Yakov Milatoviç: Avropa bu impulsu ələ keçirməsə, başqası ələ keçirəcək

Monteneqro Avropa İttifaqına (Aİ) üzvlüyə ən qabaqcıl və hazırlıqlı namizəddir.

“İki sahil” xəbər verir ki, bunu Monteneqro Prezidenti Yakov Milatoviç deyib.

“Biz qurumlarımızın dayanıqlılığını gücləndirməli, hibrid təhdidlərlə qarşı daha effektiv mübarizə aparmalı, gənclərin media savadlılığı üzərində işləməliyik və sosial birliyi gücləndirməliyik”, - deyə o, ölkəsinin Aİ-yə inteqrasiyası ilə bağlı bildirib.

Yakov Milatoviç Monteneqronun bütün danışıqlar fəsillərini açan yeganə ölkə olduğunu, Aİ-nin ümumi xarici və təhlükəsizlik siyasəti ilə tam uyğun xarici siyasət yürütdüyünü deyib. “Genişlənmə hər zaman Avropanın sabitliyinə sərmayə olub. Bu, yalnız qoşulan ölkələrə deyil, həm də qitə kimi Avropaya sərmayədir. Cənubi, eləcə də Şərqi Avropa ölkələrinin qoşulması ilə bağlı vəziyyət belə idi. Bu gün Qərbi Balkan regionu ölkələri də eyni vəziyyətdədir. Avropa bu impulsu ələ keçirməsə, başqası ələ keçirəcək. Artıq üçüncü tərəflərin hibrid təhdidlərini və dezinformasiya kampaniyalarını görürük. Buna görə də Avropanın proseslərdə daha çox iştirakı vacibdir”, - deyə o əlavə edib.