"Telegram" mesenceri hədiyyələr üçün hərracın keçirilməsi funksiyasını istifadəyə verib.
“İki sahil” xəbər verir ki, bu barədə mesencerin həmtəsisçisi Pavel Durov özünün "Telegram" kanalında bildirib.
Məşhurlardan gələn hədiyyələr üzərində hərraclar təşkil etməzdən əvvəl şirkət eksklüziv "Telegram Plane" hədiyyəsi vasitəsilə hərrac mexanikasını test etmək qərarına gəlib.
Qeyd edək ki, ilk hərrac noyabrın 15-də axşam saatlarında başlayıb və 50 raunddan ibarət olub. Hər raundda birinci yeri tutan 20 iştirakçı 20 "Telegram Plane" hədiyyəsi qazanıb. Birinci raund bir saat, qalan 49 raund isə hər biri 5 dəqiqədən ibarət olub.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır