İstanbulda tikintisi davam edən metro stansiyasında işçilərin olduğu inşaat bölməsində çökmə meydana gəlib. Hadisə zamanı yaralanaraq xəstəxanaya çatdırılan işçilərdən birinin öldüyü bildirilir.
“İki sahil” xəbər verir ki, hadisə şəhərin mərkəzi hissəsi olan Beyoğlu rayonunda meydana gəlib.
İstanbul Valiliyindən verilən açıqlamada göstərilir ki, qəzanın baş verdiyi əraziyə çox sayda xilasedici və təcili tibbi yardım briqadası cəlb edilib.
Üç işçi xəstəxanaya çatdırılıb.
Son məlumatlara görə işçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır