Sentyabrın 25-də ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşündə qeyd edib ki, iki ölkə arasında CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) kimi sanksiyalar olmamalıdır.
“İki sahil” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "A Haber" telekanalına müsahibəsində deyib.
H. Fidan qeyd edib ki, D. Tramp sözügedən sanksiyaların ləğvi ilə bağlı komandasına tapşırıq verib.
Türkiyə xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, F-35 qırıcı təyyarələri ilə bağlı məsələ də yaxın gələcəkdə həll oluna bilər.
O, ilkin razılıq mətninin hazır olduğunu bildirsə də, detalları açıqlamayıb.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır