Pakistanın Heydərabad şəhərində yerləşən pirotexniki maddələr istehsalı müəssisəsində baş verən partlayış nəticəsində azı yeddi nəfər həlak olub, bir o qədər insan isə yaralanıb.
“İki sahil”in "Samaa TV" telekanalına istinadən məlumatına görə, yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Qeyd olunub ki, yanğınsöndürənlər alovlanmanı lokallaşdıra biliblər. Fabrik binasına ciddi ziyan dəyib.
Yerli hakimiyyət nümayəndələrinin sözlərinə görə, partlayış çay sahilində, tarlaların arasında tikilmiş gizli müəssisədə baş verib. Hadisənin səbəbləri ilə bağlı istintaq aparılır.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır