ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatması hələ də mümkün hesab olunur.
“İki sahil” xəbər verir ki, bu barədə daimi nümayəndə Metyu Uitaker "Newsmax" telekanalına müsahibəsində söyləyib.
"Mən, ABŞ Prezidenti Donald Tramp kimi, sülhün yeganə yol olduğuna inanmağa davam edirəm", - Uitaker qeyd edib.
Onun sözlərinə görə, Rusiya ilə Ukrayna arasındakı müharibə bir növ "gələcəyin döyüş laboratoriyası"na çevrilib və müasir hərbi əməliyyatların aparılma üsullarının nə qədər dəyişdiyini göstərib.
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır