Ukrayna 2030-cu illərin əvvəlində Avropa İttifaqının (Aİ) üzvləri sırasına daxil olacaq.
“İki sahil” Polşa KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini, xarici işlər naziri Radoslav Sikorski deyib.
Onun sözlərinə görə, Macarıstanın bu məsələdə irəliləyişi əngəlləməsinə baxmayaraq, "Ukrayna artıq namizəd statusuna malikdir".
R.Sikorski qeyd edib ki, Rusiya lideri Vladimir Putin Qərbin dəstəkləyəcəyi Ukrayna ilə müharibəyə daha üç il davam gətirməyəcək:
"Buna dondurulmuş Rusiya aktivlərindən əldə edilən vəsaitlər də kömək edəcək".
Donald Tusk: Aİ Ukrayna üzrə üçtərəfli danışıqlar barədə ehtiyatlı nikbinlik nümayiş etdirir
"The Guardian": İsrail İordan çayının qərb sahilinə yollanan Avropa və ABŞ nümayəndələrini saxlayıb
Britaniya Aİ ilə insanların sərbəst hərəkətinin bərpası barədə danışıqlar aparır