13 noyabr 2025 11:05
70

Azərbaycan Basketbol Liqasında VII tura start verilir

Azərbaycan Basketbol Liqasında VII tura bu gün start veriləcək.

“İki sahil” xəbər verir ki, günün yeganə oyununda "Lənkəran" "Sərhədçi"ni qəbul edəcək.

Qarşılaşma Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da start götürəcək.

Meydan sahibləri B qrupunda 8 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik olan qonaqlar beşincidir.

Qeyd edək ki, tura noyabrın 16-da yekun vurulacaq.