13 noyabr 2025 10:33
68

"Fənərbaxça" Levandovski üçün danışığa başladı

"Fənərbaxça" hücum xəttini ulduz futbolçu ilə gücləndirmək istəyir.

“İki sahil” Türkiyənin "Sabah" qəzetinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Barselona"nın futbolçusu Robert Levandovskini transfer etməyi planlaşdırır.

Nəşrin yazdığına görə, artıq "Fənərbaxça" nümayəndələrinin polşalı forvardın meneceri ilə ilk görüşü olub. 

37 yaşlı hücumçunun mövsümün sonunda "Barselona"dan ayrılacağı gözlənilir. Klub hələlik ona yeni müqavilə təklif etməyib. 

Qeyd edək ki, Robert Levandovski bu mövsüm "Barselona"da 12 oyunda meydana çıxıb və 7 qol vurub.