Azərbaycanın kişilərdən ibarət "Azərreyl" voleybol klubu CEV Kubokunda ilk matçına çıxacaq.
“İki sahil” xəbər verir ki, Bakı təmsilçisi 1/32 finalda Niderlandın "Orion Stars" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 19-da Niderlandda keçiriləcək. Cütün qalibi 1/16 finalda İsveçrənin "Amrisvil" kollektivi ilə qarşılaşacaq.