2028-ci ildə 4 ölkədə - İngiltərə, İrlandiya, Şotlandiya və Uelsdə keçiriləcək “Avro-2028”in təqvimi təsdiqlənib.
“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, turnirdə ümumilikdə 51 qarşılaşma keçiriləcək.
Matçlar 4 ev sahibi ölkənin 8 şəhərində yerləşən 9 stadionda oynanılacaq. Həmin arenalar National Stadium of Wales (Kardiff), Dublin Arena (Dublin), Hampden Park (Qlazqo), St James Park (Nyukasl), Manchester City Stadium (Mançester), Everton Stadium (Liverpul), Villa Park (Birmingem), Tottenham Hotspur Stadium (London) və Uembli stadionudur (London).
Hər stadionda ən azı iki fərqli qrupun oyunları keçiriləcək.
Turnirin açılış matçı 9 iyun 2028-ci ildə Uelsin paytaxtı Kardiffdəki “National Stadium of Wales” arenasında, yarımfinal və final oyunları isə “Uembli” stadionunda təşkil ediləcək.
“Avro-2020”də 24 komanda 6 qrupda mübarizə aparacaq.